Bu da yeni Ferrari - FOTO

16 Dekabr 2014 22:09
"Ferrari" şirkəti cəmi altı nüsxə buraxılacaq eksklüziv superkar "Pininfarina Sergio"-nun şəkillərini yayımladı. Motorun verdiyi məlumata görə, yenilik Sercio Pininfarinanın xatirəsinə həsr olunub.

Milli.Az auto.az-a istinadən bildirir ki, superkar "Ferrari 458 Speciale"-nin bazasında düzəldilib və 605 a.g. verən 4,5 litr həcmli 8-silindrli atmosfer mühərriki və yeddipilləli robotlaşdırılmış sürət qutusu ilə təchiz olunur. "Sergio" 100 km/saata təqribən 3 saniyəyə sürət yığır. Alıcıları "Ferrari" şirkəti ən sadiq müştərilərinin arasından seçib.

Bəzi məlumatlara görə, "Ferrari Sergio"-nun ilk sahibi ərəb şeyxi olub. Avtomobil ona Əbu-Dabidə seriya avtomobilinin təqdimat mərasimi zamanı təqdim olunub. Eksklüziv "Ferrari"-nin rəsmi qiyməti barədə məlumat verilmir. Belə avtomobilin qiymətinin təqribən üç milyon avro olacağı güman edilir. Lakin bu qiymətə baxmayaraq, hər altı avtomobil artıq satılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.