LG hibrid göstərdi

17 Dekabr 2014 05:36
Cənubi Koreyanın LG elektronika istehsalçısı Tab Book Duo hibrid planşet kompüterini nümayiş etdirib. Bu qurğu simsiz klaviatura sayəsində noutbuk kimi də işlədilə bilər.

LG Tab Book Duo modeli 10,1 düymlük IPS ekranla təchiz edilib. İstehsalçılar ekranın təsvir ölçüsünü açıqlamayıblar, jurnalistlər Full HD (1920x1080) formatının dəstəyini güman edirlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, aparata Windows 8.1 əməliyyat sistemi quraşdırılıb.

Bundan başqa, yeni planşet Bluetooth klaviatura, USB 3.0 və HDMI portları, 11 saatlıq avtonom iş rejiminə imkan verən akkumulyator batareyası ilə təchiz edilib. Planşetin çəkisi 530 qram, klaviatura isə 260 qramdır.

LG Tab Book Duo hibrid aparatı artıq Cənubi Koreya bazarında satışa çıxarılıb. Qurğunun qiyməti təxminən 670 dollar təşkil edir.

Milli.Az