Supreme Power-dən Audi S4 - FOTO

16 Dekabr 2014 21:28
ABŞ-da yeni "Audi S4" alıclarının bir hissəsi bu avtomobili kökləmək üçün planlı şəkildə alır. Aşağıda tanış olacağınız avtomobilin sahibi də istisna deyil. Bu orta ölçülü alman sedanı "Supreme Power" atelyesinə verilib. 

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin sahibinin istədiyi məqsədə çatmaq üçün tünerlər bəzi texniki və kosmetik yeniliklərlə kifayətləndilər. İlk növbədə standart təkərlərin yerinə Vorsteiner şirkətinin 20 düymlük boz V-FF diskləri qoyuldu. 

Diskləri aşağı profilli "Michelin Pilot SuperSport 255/30" şinlərinə "büküb" yüklənmiş avtomobilin altını Ohlins TTX koyloverləri vasitəsi ilə yerə yaxınlaşdırdılar. 

Bundan başqa, avtomobil Ecode fənərləri əldə etdi. 3,0 litrlik V6 benzin mühərrikinin faydalı iş əmsalını artırmaq üçün Kaliforniya tünerləri AWE Tuning Stage 2 proqram təminatından istifadə edərək elektron idarəetmə blokunu yenilədilər.

Nəticədə güc 488 a.g., fırlanma anı isə 583 Nm-dək artdı (yarış yanacağının istifadəsi zamanı nazim çarxın ölçülərinin nəticələri). 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.