Keçmiş nişanlısını başqası ilə görən qızın dəhşətli əməli - VİDEO

16 Dekabr 2014 17:23

Onlar kəllə-beyin travması ilə xəstəxanaya yerləşdiriliblər

Rusiyada keçmiş nişanlısını başqası ilə görən qız maşını ilə onları vurub. Qısqanc qız "Mazda" markalı avtomobili "Daewoo" markalı avtomobilə vuraraq onu yoldan çıxarır və ikinci reklam dirəyinə çırpılır.

Milli.Az-ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, nəticədə sürücü və onun xanım sərnişini kəllə-beyin travması ilə xəstəxanaya qaldırılırlar.

Hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib. Bu qəzanın səbəbi Rusiya üçün qeyri-adi bir vəziyyətdir. Belə ki, cipdə gedən xanım qəfildən yanındakı avtomobildə keçmiş nişanlısını və onun yanında bir xanımı görür. Və belə demək mümkünsə, gördüklərini namusu götürmür. Qərara gəlir ki, onlara xəsarət yetirsin, edir də.

İndi isə onun barəsində yol hərəkəti qaydalarını pozmaqla, başqasının sağlamlığına ağır zərər vurmaq maddəsi ilə cinayət işi açılıb. İlk ifadəsində o, nəyə görə qəza törətdiyini yuxarıda deyildiyi kimi tam müfəssəl danışıb. Onu külli miqdarda cərimə ödəmək və ya sürücülük hüququndan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото