Azərbaycanlı müğənninin "Porcshe"sini yararsız hala saldılar

16 Dekabr 2014 14:59
Milli.Az-ın məlumatına görə, müğənni Aysel Əlizadə "Porsche" markalı avtomobilində qəza keçirib. Eyni tərəfdən hərəkət edən avtomobil yol hərəkəti qaydalarını pozaraq müğənninin maşınını və digər yaxınlıqdakı avtomobili vuraraq, yararsız hala salıb. Müğənni ciddi xəsarət almasa da, qolundan yüngül yaralanıb. Həkim müayinəsinə ehtiyacı olmadığını bildirən sənətçi təəssüflə bildirdi ki, bir ay maşınsız qalacaq:

"Avtomobil elə vəziyyətdədir ki, 1 ay təmir üçün saxlanılacaq. Hadisəni törədən şəxs mənə dəyən ziyanı ödəyəcək. Hazırda hadisə baş verən rayon üzrə, Səbail Polis İdarəsində cinayət işi başlayıb, araşdırma aparılır".

Qeyd edək ki, müğənninin idarə etdiyi "Porsche GTS" markalı avtomobilin qiyməti 130 min manatdır.

Milli.Az