APA-nın "Belarusskiye novosti"yə istinadən verdiyi məlumata görə, A.Lukaşenko bildirib ki, Nazirlər Kabinetinin bunun üçün bir neçə həftəlik vaxtı var, əks halda ölkəni devalvasiya, sənaye istehsalının azalması, defolt və işsizlik gözləyir: "Rusiya qardaş ölkə olsa da, biz Rusiya bazarına sitayişə son qoymalıyıq. Görürsünüz ki, onların bazarı dağılıb və biz də onların ardınca çökürük. Nə vaxtsa satışımız 85 faiz idi, bu gün isə 40-45 faizə düşüb".
A.Lukaşenko əlavə edib ki, Belarusun əsas tərəfdaşlarından olan Ukraynada yaranmış vəziyyət də baş verənlərə təsir edir: "Ukraynada nələr olduğunu görürsünüz, əsas bazarlarımızdan biri olan bu ölkədə müharibə gedir, onların bizdən traktor, MAZ, BelAZ alacaq halı yoxdur".
A.Lukaşenko bəyan edib ki, Minsk oturub yaxşı günlərin gəlməsini gözləməyəcək: "Bu gün istehsalımızı xilas etmək və insanları küçəyə atmamaq üçün nə mümkündürsə, etməliyik. Belə vəziyyət heç vaxt olmamışdı. Biz bu situasiyada öz dayanıqlılığımızı göstərməliyik. Gələn il bizim üçün imtahandır. Nəyin bahasına olursa olsun, yeni bazarlara çıxmaq lazımdır. Bu, mümkündür".
Milli.Az