Culian Assanc və Edvard Snouden kimi şəxslərin ABŞ-ın dövlət siyasətinin ifşasına yönələn məlumatları yaymaları bütün dünya üçün həyati əhəmiyyətə çevrildi. Lakin ABŞ kimi nəhəng və hər kəsi idarə etmək ambisiyasını ortaya qoyaraq imperiya siyasət yürüdən ölkələrdə bu işi görmək üçün xüsusi cəsarət lazımdır. Nəzərə alaq ki, bu imperiyanı Sovet İttifaqı ilə rəqabət dövründə də, ondan sonra da bütün dünyanın sərvətini əllərində cəmləməyə çalışan böyük biznes şəbəkəsinin faktiki təyin etdiyi şəxslər idarə edir. 1990-cı illərin əvvəllərində SSRİ süquta uğradıqdan sonra şəbəkə və onun təyin etdiyi prezidentlər birqütblü dünya nizamını faktiki olaraq rəsmiləşdirdilər və hazırda onu qoruyub saxlamaq üçün əllərindən gələni edirlər.Bütün dünya Barak Obamaya xatırlatmalıdır ki, bu amansız və qəddar siyasət uğurlu olmayacaq