2 min qadını apardılar, 5900 evi yandırdılar - FOTO

14 Aprel 2015 11:50

Nigeriyanın şimal bölgələrində fəaliyyət göstərən "Boko Haram" terror qruplaşması son bir il ərzində onlarla şəhər və kəndi viran qoyub, 2 mindən artıq qız və qadını girov götürüb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ötən ilin sentyabrında Bama şəhərini ələ keçirən terrorçular burada 5900 binanı yandırıblar.

Şəhər sakinlərinin 75 faizi qaçmış və ya əsir düşmüşdü. Yandırılmış, viran qalaraq xarabazara dönmüş evlərdə isə qadınlar, uşaqlar və qocalar diri-diri yandırılmışdılar.
 

Beynəlxalq "Amnesty International" təşkilatı Bama ilə yanaşı, "Boko Haram"ın hücumlarına məruz qalmış digər yaşayış məntəqələrinin də kosmik peyklərlə çəkilmiş fotolarını yayıb.
 

Həmin şəhərlər, qəsəbələr və kəndlər Nigeriyanın Borno ştatındadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.