Bakıda nömrəsiz gəzən yarım milyonluq "Lamborghini" - FOTOSESSİYA

15 Dekabr 2014 16:26

Onun nömrəsi var, amma kefi istəyəndə taxır, istəməyəndə taxmır

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, gördüyünüz bu avtomobilin dəyəri yarım milyon dollardan artıqdır. Bakıya yeni ayaq açan "Lamborghini" almaq hər adama qismət deyil.

Bahalı maşınla bahalı qayda pozuntusu törədənin kimliyini bilməsək də, fotolardan aydın olur ki, "Lamborghini" Bakı küçələrində bəzən dövlət nömrə nişanı olmadan hərəkət edir. Biz əsla bu avtomobilin nömrəsinin olmadığını demirik. Nömrəsi var və 10 RM 784-dür.

Auto.az saytının yaydığı fotolardan məlum olur ki, bu avtomobil Bakı küçələrində həm dövlət nömrə nişanı ilə, həm də nömrəsiz hərəkət edir. Avtomobili isə tez-tez Bakı Dövlət Sirkinin yaxınlığında görürlər. Görəsən, bahalı avtomobillərin nömrə nişanı olmadan idarə edilməsinə nə vaxt icazə verilib. Yoxsa, nömrə vuranda maşının dizaynı korlanır? Bəs qanunlar nə deyir?

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.