Moskva hava limanlarının "donu açılır" - FOTOSESSİYA
29 Dekabr 2010 16:44
Milli.Az xəbər portalı bildirir ki, bu gün səhər saatlarında Moskvanın hava limanlarınadkı situasiya normallaşmağa başlayıb.
Hazırda "Domodedovo", "Vnukovo" və "Şeremetyevo" hava limanlarında 6500 sərnişin qalıb.
Aviareysləri gözləyən sərnişinlərin bir qismi biletlərini təhvil verərək evlərinə yollanıb.
Rusiyanın "Aeroflot-rossiyskie avialinii" aviaşirkətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, dekabrın 29-da 46 aviareys təxirə salınıb.
"Domodedovo" hava limanının ictimaiyyətlə əlaqələr xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 28-də hava limanı 253 aviareys qəbul edib, 291 aviareysi yola salıb.
"Şeremetyovo" hava limanında "Aeroflot"un reysləri ilə bağlı gərgin vəziyyət davam edir.
Hava limanının mətbuat xidmətinin rəhbri Roman Qenisin dediyinə görə, dekabrın 29-da 40 aviareys təxirə salınıb.
Təqdim etdiyimiz fotoşəkillər "Domodedovo" və "Şeremetyovo" hava limanlarında çəkilib.
Orxan Hun
Milli.Az