"Beşiktaş" və "Trabzonspor"un rəqibləri bilindi - YENİLƏNİB

15 Dekabr 2014 16:36

16:36

Bu gün Çempionlar Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
 

Püşk zamanı 32 komanda iki səbətə bölünüb. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşıb. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olub. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alıb.

Çempionlar Liqasında olduğu kimi burada da bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkünsüz idi. Türkiyə klublarından yalnız "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında mübarizəni davam etdirirlər. "Beşiktaş" 1/16 finalda "Liverpul"a, "Trabzonspor" klubu isə "Napoli"yə rəqib olub.
 

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral tarixlərində keçiriləcək.

Avropa Liqasının 1/16 final mərhələsinin cütlükləri:

"Yanq Boyz" (İsveçrə) - "Everton" (İngiltərə)

"Torino" (İtaliya) - "Atletik" (Bilbao, İspaniya)

"Sevilya" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya)

"Volfsburq" (Almaniya) - "Sportinq" (Portuqaliya)


"Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)

"Olborq" (Danimarka) - "Brügge" (Belçika)

"Anderlext" (Belçika) - "Dinamo" (Moskva, Rusiya)

"Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)


"Trabzonspor" (Türkiyə) - "Napoli" (İtaliya)

"Qenqam" (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna)

"Vilyareal" (İspaniya) - "Zalsburq" (Avstriya)

"Roma" (İtaliya) - "Feyenoord" (Hollandiya)


PSV (Hollandiya) - "Zenit" (Rusiya)

"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)

"Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)

"Seltik" (Şotlandiya) - "İnter" (İtaliya)

---------
10:35

Bu gün Çempionlar Liqasında 1/16 və 1/8 final mərhələlərinin püşkü atılacaq.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
 

Püşk zamanı 32 komanda iki səbətə bölünəcək. Avropa Liqasının qrup mərhələsinin 12 qalibi 1-ci, qrup ikinciləri 2-ci səbətdə qərarlaşacaq. Yerdə qalan 8 komanda isə Çempionlar Liqasının qrup mərhələsinin üçüncüləri olacaq. Həmin komandalardan ən yüksək reytinqə malik dörd komanda 1-ci, digər dörd klub isə 2-ci səbətdə yer alacaq.
 

Çempionlar Liqasında olduğu kimi burada da bu mərhələdə eyni ölkənin komandaları və eyni qrupda mübarizə aparmış klubların qarşılaşması mümkün deyil. 1/16 final mərhələsinin ardından 1/8 finalın da püşkü atılacaq. Türkiyə klublarından yalnız "Beşiktaş" və "Trabzonspor" klubları Avropa Liqasında mübarizəni davam etdirirlər.
 

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin oyunları 19-26 fevral, 1/8 finalın görüşləri isə 12-19 mart tarixlərində keçiriləcək.


Qrup qalibləri:

"Borussiya" (Münhenqladbax, Almaniya)
"Brügge"(Belçika)
"Beşiktaş" (Türkiyə)
"Zalsburq" (Avstriya)
"Dinamo" (Moskva, Rusiya)
"İnter" (İtaliya)
"Feyenoord" (Hollandiya)
"Everton" (İngiltərə)
"Napoli" (İtaliya)
"Dinamo" (Kiyev, Ukrayna)
"Fiorentina" (İtaliya)
"Legiya" (Polşa)
 

Çempionlar Liqasından gələnlər:

"Olimpiakos" (Yunanıstan)
"Sportinq" (Portuqaliya)
"Atletik" (İspaniya)
"Zenit" (Rusiya)
 

Qrup ikinciləri:

"Vilyareal" (İspaniya)
"Torino" (İtaliya)
"Tottenhem" (İngiltərə)
"Seltik" (Şotlandiya)
PSV (Hollandiya)
"Dnepr" (Ukrayna)
"Sevilya" (İspaniya)
"Volfsburq" (Almaniya)
"Yanq Boyz" (İsveçrə)
"Olborq" (Danimarka)
"Qenqam" (Fransa)
"Trabzonspor" (Türkiyə)


Çempionlar Liqasından gələnlər:

"Anderlext" (Belçika)
"Ayaks" (Hollandiya)
"Liverpul" (İngiltərə)
"Roma" (İtaliya)

Milli.Az