Şimali Koreya Sony-yə niyə hücum etdi?

13 Dekabr 2014 10:34
ABŞ konqresinin nümayəndələr palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin rəhbəri Mayk Rodjers hesab edir ki, Sony Pictures şirkətinin serverlərinin dağıdılmasının arxasında Şimali Koreya dayanır. Bu işin arxasında bütöv bir dövlət dayanır.

Milli.Az-ın Ruisya KİV-ə istinadən məlumatına görə, Rodjers 2013-cü ildə Cənubi Koreyanın banklarının və tibb müəssisələrinin serverlərini dağıdan DarkSeoul adlı haker hücumunu xatırladıb. Konqressmenin sözlərinə görə, kiber cinayətkarlar öz metodlarını daha da təkmilləşdiribilər. Əvvəl rəsmi Pxenyan məsuliyyəti öz üzərinə götürmürdü. Sonradan isə bunu faydalı iş hesab edib.

Sony Pictures Entertainment şirkətinin saytına haker hücumu noyabrın 24-də həyata keçirilib. Onlar 47 min işçinin şəxsi məlumatlarını siliblər.

Milli.Az