Avropanın ən böyük şəlaləsi azərbaycanlı fotoqrafın gözü ilə - FOTO
13 Dekabr 2014 09:53
Rheinfall şəlaləsi Avropanın ən böyük və ən enli şəlaləsi sayılır. Bu şəlalə Zürix və Schaffhausen vilayətlərinin arasında yerləşir. Hündürlüyü 23 metr, enliliyi 150 metrdən artıqdır. Bu şəlalə, həmçinin Schaffhausen şəhərinin içində olduğundan şəhərə xüsusi gözəllik verir və vilayətin turizm imkanlarını artırır.
Şələlə Konstanz gölündən başlayıb Bazelə axan Reyn çayının bir qolu üzərində yerləşir. Göz yaşı kimi şəffaf olan suyunun dərinliyi bəzi yerlərdə 13 metrə çatır. Çıxıntılı qayalıqlar üzərindən üzü aşağı axtığı üçün suyun axım sürəti saniyədə 370 kubmetr olur. Bunu belə izah edə bilərik ki, bu su tonlarla ağırlığı olan bir tankı bir neçə saniyə ərzində aşırda bilər. Yaz aylarında isə axım sürəti 700 kubmetrdən artıq olur.
Şəlalənin solunda qayalıqların üzərində qədim bir qəsr də var. IX əsrə aid bu qəsr "Laufen Qəsri" adlanır. Bu qəsrin adı tarixdə 858-ci ildə qeyd olunmuş sənədlərdə Laufen baronlarının evi kimi yazılıb. Tarix kitablarının sonrakı səhifələrində bu qəsr ailələrdən ailələrə, sülalələrdən sülalələrə əl dəyişdirib bu günümüzə çatıb. Amma bu gün bu qala Rehinfall şəlaləsi ilə harmonik olaraq insanlara xoş təəssüratlar bəxş edir.
Şəlalənin sağında isə çəmənlikdə aliminiumdan bir abidə var. Bu abidə o anlamı daşıyır ki, Avropada ilk aliminium istehsalı və sənayesi bu ərazidə olub və hələ də davam edir.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.