Londonun hava məkanı bağlandı

12 Dekabr 2014 20:28
London hakimiyyəti yerli vaxtla saat 19:00-dək (Bakı vaxtı ilə saat 23:00-dək) şəhər üzərində hava məkanını bağlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb kimi kompüter sistemindəki nasazlıq göstərilir.
 

Hitrou aeroportunun "Twitter" səhifəsində deyilir ki, dispetçer mərkəzində elektrik enerjisinin olmaması səbəbindən hazırda uçuşlar yubanır: "Bu, Böyük Britaniyanın hava məkanına təsir edir".

Milli.Az