Qurban Qurbanov: «İstərdim ki, «Qarabağ»ın oyunçuları hər ayın ən yaxşısı olsunlar»
18 Fevral 2010 16:59
Day.Az xəbər verir ki, mərasimdə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov da iştirak edib. O, artıq ikinci dəfədir ki, "Qarabağ"ın futbolçusunun çempionatın ən yaxşı oyunçusu seçildiyini xatırladıb.
"İstərdim ki, bu, hər ay təkrarlansın. "Qarabağ"da yerli oyunçulara böyük diqqət ayrılır. Artıq Vaqif Cavadov getdi. Ümid edək ki, dekabrın ən yaxşı oyunçusu adını qazanmış Əfran İsmayılov da tezliklə xarici kluba keçəcək", - deyə Q.Qurbanov qeyd edib.
Milli.Az