Şirkətin nümayəndələri bildiriblər ki, iPhone 6 Plus smartfonu uçuş zamanı xidməti yaxşılaşdıracaq və sərnişinlərin rahatlığını artıracaq. Bundan başqa, bu cihaz stüardessalara təhlükəsizlik texnikası qaydalarına riayət etməyə imkan verəcək.
Milli.Az ICTnews-a istinadən bildirir ki, smartfonlar sərnişinlər haqda informasiyanın əldə olunması, korporativ poçta giriş, həmçinin elektron formada təlimatların oxunmasında istifadə ediləcək. "Biz şadıq, iPhone 6 Plus uçuş zamanı daha yüksək səviyyədə xidmət təmininə və vacib məlumata sürətli çıxışa imkan verəcək", - United Airlines-ın baş vitse-prezidenti söyləyib.
Milli.Az