Microsoft da rəqəmli valyutanı qəbul edir

12 Dekabr 2014 22:48
ABŞ-ın Microsoft korporasiyası Bitcoin kriptovalyutasının köməyi ilə Windows Phone smartfonları və Xbox oyun konsolları üçün oyun və başqa rəqəmli məzmuna görə ödənişin qəbuluna başlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Bitcoin virtual valyutası 2009-cu ildə çıxarılıb və o vaxtdan etibarən internet istifadəçiləri arasında populyarlıq qazanmağa başlayıb.

Bitkoinin özəlliyi ondan ibarətdir ki, onu sahibindən müsadirə etmək olmaz. Virtual valyuta, həmçinin onun sahibinə zərurət olduqda tam anonimliyi saxlamağa imkan verir. Son zamanlar dünyanın bir sıra ölkələrinin virtual valyutadan istifadə ilə bağlı tətbiq etdiyi qanunvericilik məhdudiyyətləri onun vəziyyətini pisləşdirib.

Milli.Az