Samsung çip bazarına girir

15 Dekabr 2014 19:39
Qualcomm artıq 450 Mbit/s-dək məlumat ötürmə sürətinə malik olan Cat.10 LTE şəbəkələrini dəstəkləyən çipi anons edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki,şirkət bu çipseti Snapdragon 810 yeni aparat platformasında istifadə etməyib və Cat. 6 LTE standart şəbəkələrinin dəstəklənməsi ilə qənaətlənib.

Buna baxmayaraq, gələn il Cat.10 LTE şəbəkələrində işləyən ilk qurğuları görə biləcəyik. Onların istehsalçısı Koreyanın Samsung şirkəti olacaq. Şayiələrə görə, şirkət bu standartı dəstəkləyən Exynos çipsetinin üzərində işləyir və onu gələn il buraxmaq niyyətindədir.

Bu fonda ən maraqlı şayiə Samsungun gələn il hazır olacaq qrafik prosessor üzərində işləməsidir. Sonda bu, koreyalılara, Qualcommun həllərindən üstün olan tam müstəqil aparat platforması yaratmağa imkan verəcək.
 

Milli.Az