Milli.Az ICTnews-a istinadən bildirir ki,analitiklərin proqnozuna görə, 2017-ci ilə bədəndə daşınan cihazların 30 faizi adi gözlə görülməyəcək. Artıq bu istiqamətdə bəzi həllər yaradılıb. Gartnerin tədqiqatlar üzrə direktoru Annet Zimmerman deyir ki, elektron içliyə malik kontakt linzalar buna nümunə göstərilə bilər.
Daşınan qurğularla bağlı başqa maraqlı ideya ağıllı zinət əşyalarıdır. Məsələn, zinət əşyalarının təchiz edildiyi ötürücülərin köməyi ilə fövqəladə vəziyyətlərdə kömək çağırmaq olar.
Analitiklər istifadəçi üçün virtual reallıq effekti yaradan başa taxılan displey (Head Mounted Display, HMD) seqmentini olduqca perspektiv hesab edirlər. 2018-ci ilə bu qurğuların satış həcmi 25 milyonu ötəcək. 2014-cü il virtual reallıq şlemləri üçün uğurlu olub - Gartnerin tədqiqatlar üzrə direktoru Brayan Blau deyib.
Milli.Az