Wi-Fi çaydan satılacaq

14 Dekabr 2014 20:49
Polaris şirkəti PWK 1792CGL adlı Wi-Fi çaydan buraxıb. iOS və Android platformaları ilə işləyən smartfon və ya planşetin köməyi ilə bu çaydanı uzaq məsafədən idarə etmək olar.

Bunun üçün xüsusi hazırlanmış Polaris Ağıllı çaydan mobil tətbiqini yükləmək lazımdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mobil tətbiq 12 avtomatik multiproqramdan ibarətdir. Proqramlar müxtəlif çay və qəhvə növlərinin dəmlənməsi üçün qaynadılmış suyun temperaturunu tənzimləməyə imkan verir. Məsələn, çay həvəskarları Hind çayı və ya Pure rejimini işə sala biləcəklər. Proqramı quraşdırmaq kifayətdir, su qaynadıqda mobil tətbiq bu haqda bildirəcək. Bu halda eyni zamanda iki qurğudan çaydana qoşulmaq olar. Mobil tətbiqin malik olduğu bir sıra faydalı seçimlər çaydandan rahat və əlverişli istifadəyə imkan verəcək. Saf su funksiyası çaydandakı mayenin vaxtının keçdiyini və onu dəyişdirməyi xatırladacaq. Suyun miqdarının avtomatik təyini çaydanı doldurmaq haqda bildirəcək.

Belə çaydan 2014-cü ilin dekabrında satışa çıxarılacaq.

Milli.Az