3 xüsusi Range Rover - FOTO

14 Dekabr 2014 19:35
Məşhur ingilis tüninq şirkəti Project Kahn birdən-birə üç yeni Land Rover modeli təqdim edib. Bunlardan ikisi yeni nəsil Range Rover, üçüncüsü isə əvvəlki nəsil RR Sport modelləridir. Yolsuzluq avtomobilləri xaricdən xeyli dəyişilib və salonları xüsusi tərtibat əldə edib.

Başlayaq nisbətən "yaşlı" modeldən. Əsas olaraq TDV6 dizel versiyası götürülüb. Onun texniki hissəsində aparılan işlər haqqında məlumat verilmir, lakin adındakı RS300 əlavəsi, çox güman ki, elə-belə deyil. Nə olmasından asılı olmayaraq model tam yeni asqı və onunla birlikdə təkər tağları genişləndiriciləri, fərqli radiator barmaqlığı və həmçinin 22 düymlük təkər diskləri əldə edib. Salon iki cür dəri və karbon elementlərlə diqqəti çəkir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, təzə Range Rover modellərinə gəldikdə isə onlardan biri yenə dizeldir və o, qara donuq rəngi, güclü dəyişikliyə məruz qalmış asması və aydın məsələdir ki, çox iri (22 düym) təkərləri ilə seçilir. Salon kuzovun rənginə uyğun tərtibat əldə edib və dəri və karbonla işlənib.

İkinci RR uzun bazalı 4.4 SDV8 Autobiography modelidir və adında maraq doğuran RS600 əlavəsi var. Eksteryerində ağ və qara rənglərdən, salonda isə qeyri-adi narıncı rəngdə dəridən istifadə edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.