Tam başqa Porsche Cayenne - FOTO

14 Dekabr 2014 18:21
Kanadanın iki tüninq emalatxanası - SR Auto Group və DXSC Porsche Cayenne idman yolsuzluq avtomobilini birgə işləmək üçün qüvvələrini birləşdirmiş və heyrətamiz nəticələr əldə etmişlər. Mansory asması və təkər diskləri komplekti hesabına premial alman avtomobilinin idman görünüşünü təmin etmək mümkün olub. Daha çox idmançılığı avtomobilə yarış avtomobilləri səsi bəxş edən xaricetmə sistemi qazandırıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yolsuzluq avtomobili alt dodaqlı yeni qabaq bamper, yan ətəklər, damın axırında iri spoyler və fərqli arxa bamper əldə edib. Bütün detallar karbondan hazırlanıb və 22 düymlük ADV1 diskləri ilə birgə avtomobilin çəkisinin azalmasına səbəb olub. Bunlardan başqa, Porsche Cayenne beşinci qapının üstündə əlavə kiçik karbon spoyler və üzərində Mansory tüninq-emalatxanasının emblemi olan karbon üstlük və ton verilmiş şüşələrə də sahibdir. Bürünc sağanağa bərkidilmiş ikiqat qara millərin arxasından əyləc sisteminin parlaq sarı tutqacları görünür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.