Qızıl interyerli Porsche 911 - FOTO

14 Dekabr 2014 14:39
TopCar emalatxanası Porsche 911 Turbo və Turbo S superkarı üçün əlavələrlə tamamlama proqramı təqdim edib. Ona yeni kuzov elementlərinin quraşdırılması və salonun 24 karatlıq qızıldan hazırlanmış detallarla bəzədilməsi daxildir. Tüninq edilmiş avtomobilin ictimai debütü yanvarın əvvəlində İngiltərənin Birmingem şəhərində keçiriləcək Performance Car Show sərgisində keçiriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, aerodinamik kuzov asmasının tərkibinə 24 ədəd karbon panel daxildir. Emalatxana təmsilçilərinin dediklərinə görə, onlar avtomobili 90% dəyişdirəcək. Həmin elementlərin hazırlanması çox mürəkkəb bir iş olduğundan şirkət bu superkardan ayda cəmi 2 nüsxə hazırlaya biləcəyini bildirib.

Eyni zamanda TopCar firması öz mütəxəssislərinin yol və yaşama xərcləri ödənilərsə yeni asmanı sifarişçinin öz yerində quraşdıra biləcəyini də açıqlayıb. Təkcə staylinq-kitin qiyməti 46 580 avrodur. Hazır avtomobilə isə TopCar 275 min avro qiymət qoyub. Xatırladaq ki, adi Porsche 911 Turbo qiymətləri Almaniyada 165,1 min avrodan başlayır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.