Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model LaFerrari modelinin sadəcə trek versiyası olmaqla razı deyil və daha yüksək mövqeyə iddia edir. FXX K superkarında bir sıra maraqlı dəyişikliklər var. Məsələn, məhsuldarlığa cavabdeh olan kompressorsuz V12 mühərriki 860 a.g. hasil edir. O, əlavə 190 a.g.-yə sahib elektrik mühərriki ilə birgə çalışır. Yekunda superkar ümumi 1050 a.g. ilə öyünə bilər. Bundan başqa, FXX K daha yüngüldür və aerodinamik göstəriciləri də yaxşılaşıb.
Ferrari şirkəti bu avtomobildən məhdud sayda - 40 nüsxədən də az buraxmaq niyyətindədir və onların hər biri artıq satılıb. Müştərilər hər bir belə superkar üçün 2,5 milyon avro ödəməyə hazırdırlar.
Milli.Az