Milli.Az 4charx.com-a istinadən bildirir ki, "qaynar" avtomobilin öz sələfindən visual fərqləri yeni 19 düymlük təkər disklərindən, xüsusi şinlərdən, şanvari radiator barmaqlığından, modifikasya edilmiş bamperdən, yeni yan ətəklərdən, damında spoylerdən və oval şəkilli xaricetmə borularından ibarətdir.
Audi RS3 Sportback 2015 hüçbekinin salonunda aşağısı düz idman sükan çarxı, çoxlu dəri və alkantara, yumşaq idman kürsüləri, alüminium pedallar və kompressorun təzyiqinin, yağın temperaturunun və dövrlərin taymerinin indikatorları olan yeni məlumat-əyləncə sistemi quraşdırılıb.
"Qaynar" Audi RS3 Sportback 2015 heçbekinin ictimai premyerası gələn ilin yazında Cenevrə avtosalonunda nəzərdə tutulub. Bazarda yeni model istisnasız olaraq beşqapılı kuzovla təklif ediləcək.
Milli.Az