"NTV-Plyus Futbol": ""Qarabağ"ı öldürdülər"

12 Dekabr 2014 13:03

""Qarabağ"ı öldürdülər, öldürdülər". Bu sözləri tanınmış futbol şərhçisi Georgi Çerdantsev deyib.
 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Rusiyanın populyar "NTV-Plyus Futbol" kanalı ilə Avropa Liqasının qrup mərhələsinin son turunun oyunlarını şərh edən ekspert Bakıda keçirilən "Qarabağ" (Azərbaycan) - "İnter" (İtaliya) oyununa da toxunub.
  

O, son dəqiqələrdə rəqib qapısına yol tapan Riçard Almeydanın qolunun sayılmamasını ədalətsizlik hesab edib, təmsilçimizin çıxışını dəyərləndirib: ""Qarabağ" da Rusiya "Krasnodar"ı kimi qrup mərhələsinin debütantıdır. Buna baxmayaraq, "Qarabağ" çox güclü qrupda 6 xal topladı. Elə "Krasnodar" kimi. Hərçənd, Azərbaycan və Rusiya çempionatlarını müqayisə etmək tam düzgün deyil".
  

Verilişə qatılan Kirill DementyevMiroslav Zelinkanın rəhbərlik etdiyi çexiyalı hakimlərin ədalətsizliyindən danışıb: "Düşünürəm ki, "Qarabağ" - "İnter" oyununun hakimliyi uzun müddət müzakirə olunacaq. Amma nəticə, əlbəttə ki, dəyişməz qalacaq".
 

Aparıcı Sergey Akulinin 0:0 hesabı ilə başa çatan qarşılaşmanın sonunda yaşananları şərh edib: "Qrup mərhələsinin debütantı olan "Qarabağ" Avropa Liqasının 1/16 final mərhələsinə çıxmağa çalışırdı. Bu da onlarda, demək olar ki, alındı. Oyuna artırılan vaxtda top "İnter"in oyunçusunun ayağından sıçrayıb qapıya daxil oldu. Lakin yan xətt hakimi elə hesab etdi ki, son toxunuş "Qarabağ"ın futbolçusundan olub. Bu səhv olmasaydı, "Qarabağ" növbəti mərhələyə keçəcəkdi".

Milli.Az