1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir.Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?