Ziya Bünyadov prospekti niyə bağlanır?

11 Dekabr 2014 19:00
Sabah saat 08:30-dan 20:30-dək Bakının Ziya Bünyadov prospekti nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Buna səbəb yolun hərəkət hissəsində yol nişanlarının qoyulmasıdır. Milli.Az xəbər verir ki, bunu Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, prospektin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Müzəffər Nərimanov küçəsi ilə kəsişməsinədək olan sahədə hərəkət məhdudlaşdırılacaq: "Bu sahədə yerləşən avtomobil sürücülərinə və ticarət obyektlərinin sahiblərinə bu istiqamətdə yoldan istifadə etməmək tövsiyə olunur".

Xatırladaq ki, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişdiyi yerdən "Böyük Şor" yol qovşağına qədər olan hissəsində də hərəkət 4 gün ərzində məhdudlaşdırılıb.

Milli.Az