"Soyuq müharibə" yenidən başlayır
11 Dekabr 2014 18:00
Amerika Birləmiş Ştatları Rusiya ilə münasibətlərin korlandığı bir zamanda döyüş təyyarələrini təkmilləşdirməyə başlayıb. Bu arada, şimal qonşumuz da öz hərbi potensialını gücləndirir.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Times" qəzeti yazır ki, Amerika hökuməti "Lockheed Martin" şirkəti ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq ABŞ-ın hərbi-dəniz qüvvələrinə məxsus texnikaların modernləşməsi üçündür. Təşkilatın ən müasir bombardmançı və qırıcılar üzrə ixtisaslaşmış bölməsi "Skunk Works" artıq bir neçə layihə hazırlayıb.
Bundan əvvəl Reuters agentliyi yazırdı ki, Skunk Works şirkəti SR-72 hipersəs pilotsuz təyyarəsinin hazırlanmasında yaxından iştirak edib.
Bundan əlavə, şirkətin "Lockheed Martin" bölməsi "Boeing" və "Aerojet Rocketdyne" ilə birlikdə strateji bombardmançıları və hərbi-dəniz pilotsuz təyyarə hazırlayırlar.
Milli.Az