"McDonald`s" monitorlarında pornofilm - FOTO

11 Dekabr 2014 09:56

İsveçrənin Zuchwil şəhərində yerləşən "McDonald`s"da qeyri-adi hadisə baş verib

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "McDonald`s"da yerləşən monitorlarda səhvən pornofilm göstərilib.

Bu hadisə İsveçrədə geniş müzakirələrə səbəb olub. Müştərilərin əksəriyyəti bu hadisəyə etirazını bildirib. Onların sözlərinə görə, pornofilm göstərilən zaman məkanda ancaq kişilər olub.

Vətəndaşlar uşaqların da həmin məkanda ola biləcəyini, rəhbərliyə bu kimi hallarda diqqətli olmalarını məsləhət görüblər.

"McDonald`s" nümayəndəsi Aglae Strachwitz bütün müştərilərdən üzr istəyib:

"Bu kimi hadisənin baş verdiyi üçün təəssüf hissi keçiririk. Müştərilərimizdən biri monitorda alman kanalına çevirməyi istədi. Porno yayım da səhvən bu zaman baş verdi, hər kəsdən üzr istəyirik".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.