Milli.Az auto.az-a istinadən bildirir ki, bu barədə "Motor y Racing" nəşriyyatı xəbər verib. Qreqis, həmçinin "De Tomaso" markasını da alıb yenidən istehsalata çıxarmaq niyyətində idi, lakin sonrada bu planları kənara qoydu.
ATS kimi, "Gregis Automobili" də İspaniyanın Tenerife adasında, Kanar adalarında yerləşəcək və burada avtomobilin istehsalı ilə italiyalı mühəndislər məşğul olacaqlar.
Qreqisin sözlərinə görə, onların ilk modeli "Miranda" adlı rodster olacaq. Bu avtomobil "Lancia Aurelia" kimi, klassik itanlayn kabrioletlərinin xatirəsinə istehsal ediləcək.
Hazırda "Miranda" istehsal mərhələsindədir. Şirkətdən bildirilib ki, onlar avtomobilin çəkisinin 1130 kiloqramdan artıq olmayacağına ümid edirlər, mühərrikin gücü isə 500 a.g. olacaq. İstehsalçı 8- və ya 12-silindrli mühərrikdən istifadə etməyə hazırlaşır. Belə güman edilir ki, rodster ilk "yüzlüyü" 3.5 saniyəyə yığacaq.
Bundan əlavə, italiyalılar elektrik güc qurğulu modifikasiyada sportkar da hazırlamaq niyyətindədirlər.
Milli.Az