Mercedes-dən ən kiçik universal - FOTO

10 Dekabr 2014 18:11
"Mercedes-Benz" şirkəti rəsmi olaraq yeni avtomobilini - "CLA Shooting Brake"-i təqdim etdi. Ən kiçik universalın satışı gələn ilin martından başlayacaq. 

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobil "A-Class"-ın bazasında yığılıb. Markanın tarixində ilk qabaq ötürücülü universalın uzunluğu 5630 mm, eni 1777 mm, hündürlüyü isə 1435 mm-dir. 

Baqajın həcmi 495 litrə bərabərdir. Baqaj bölməsinin ümumi uzunluğu 1328 mm-dir. Xarici görünüşdə "CLA Shooting Brake" universal "CLS"-in qısaldılmış surətini xatırladır. 

Avtomobilin mühərrik qammasına 122-dən 156 a.g.-ə qədər gücü olan 3 benzin aqreqat daxildir. Bundan əlavə, iki dizel mühərrik də var. Onların gücü 136 və 211 a.g.-dür. 

"Mercedes-Benz CLA Shooting Brake" gücləndirilmiş versiya da alıb. Bu avtomobilin kapotunun altında turboyükləyicili 2,0-litrlik benzin mühərrik dayanır. 

Mühərrikin gücü 360 a.g. və 450 Nm fırlanma anıdır. İlk yüzlüyə avtomobil 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.