Azərbaycanlı jurnalistlərin yazıları dünyanın nüfuzlu KİV-lərində - FOTO

11 Dekabr 2014 08:45
Bu gün Azərbaycanda cəmiyyətin digər sahələrində olduğu kimi kütləvi informasiya vasitələri də sürətlə inkişaf edir. Bizim jurnalistlərimiz dünya mediasında daha nüfuzlu və tələbatlı olmağa başlayıblar. Ölkəmizdə fəaliyyət göstərən KİV-də çalışan jurnalistlərin materialları dünya media sənayesinin nəhəngləri tərəfindən də istifadə edilir.

Milli.Az Day.Az saytına istinadən son zamanlarda dünyanın ən nüfuzlu media orqanlarında istifadə edilən azərbaycanlı jurnalistlərin materiallarını təqdim edir:

Trend BİA-nın baş direktorunun müavini Vaqif Şərifovun Britaniyada fəaliyyət göstərən "Share Radio"-ya verdiyi gələcəkdə neft idxalının mümkün məhdudlaşması barədə müsahibəsi "Bloomberg BusinessWeek"də dərc olunub:

http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201411070947KRTRIB__BUSNEWS_49925_53649-1



Trend BİA-nın ingilis dilli xidmətinin baş redaktoru Klod Salhaninin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yazısı Amerikanın "Huffington Post" qəzetində dərc olunub: http://www.huffingtonpost.com/claude-salhani/nagornokarabakh-conflict-_b_5765176.html



Trend BİA-nın ingilis dilli xidmətinin rəhbəri Aynur Qasımovanın məqaləsi "Bloomberg BusinessWeek"də dərc olunub. Məqalə transxəzər boru xətti və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqındadır.

http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201411200948KRTRIB__BUSNEWS_1193_63434-1



Trend BİA-nın ingilis dilli xidmətinin baş redaktoru Klod Salhaninin məqaləsi Amerikanın nüfuzlu TİME dərgisində nəşr olunub. Məqalədə Avropanın enerji mənbələri, Ermənistanın təcavüzkar siyasətinin Avropanın enerji təhlükəsizliyinə mənfi təsiri barədə söz açılır.

http://time.com/3319467/europe-needs-a-new-source-of-oil-and-gas-fast/



Trend BİA-nın baş direktorunun müavini Vaqif Şərifovun neft qiymətlərindəki tendensiyalar haqqında məqaməsi "Bloomberg BusinessWeek"-də dərc olunub.

http://investing.businessweek.com/research/stocks/news/article.asp?docKey=600-201411250001KRTRIB__BUSNEWS_34103_61975-1&ex=true&ticker=OXY



Rusiyanın nüfuzlu RBK televiziyası Trend BİA-nın yaxın şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlunun Rusiya-Türkiyə münasibətləri haqqında məqaləsinə istinad edib.
 
http://rbctv.rbc.ru/archive/forgpress/562949993177551.shtml



Trend BİA-nın baş direktorunun müavini Vaqif Şərifovun OPEK sammiti ərəfəsində neft qiymətləri haqqında məqaləsi "Bloomberg BusinessWeek"-də dərc edilib

http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201410160001KRTRIB__BUSNEWS_41319_15281-1



Trend BİA-nın jurnalisti Aynur Bədəlovanın hazırladığı material "Bloomberg BusinessWeek"-də dərc olunub. Material Cənub axını, o cümlədən Azərbaycanın iştirak etdiyi digər layihələrdən bəhs edir.

http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201412030001KRTRIB__BUSNEWS_7365_34081-1



Trend BİA-nın jurnalisti Aynur Bədəlovanın hazırladığı material "Bloomberg BusinessWeek"-də dərc olunub. Material Rusiya və Türkiyənin qaz razılaşmasından bəhs edir.
 
http://investing.businessweek.com/research/markets/news/article.asp?docKey=600-201412051042KRTRIB__BUSNEWS_64149_52130-1



Trend BİA-nın jurnalisti Zülfiyyə Qurbanovanın Azərbaycan Mərkəzi Bankının fəaliyyəti haqqında materialı "CNN Arabic"-də dərc olunub.

http://arabic.cnn.com/middleeast/2014/08/02/azerbaijan-banking-islamic



Milli.Az