Mətanət: "Qanuna qalsa..."
10 Dekabr 2014 09:30
"Qanuna qalsa, qanunu hamı pozur. Dünyanın bir çox tanınmış insanları da reklama çəkilir, aparıcılar da, siyasətçilər də".
Milli.Az bildirir ki, bu sözləri kulis.az-a verdiyi açıqlamada ATV-nin xəbərlər proqramının aparıcısı Mətanət Əliverdiyeva deyib.
Mətanət Əliverdiyeva Türkiyənin ən tanınmış aparıcılarından biri Mehmet Ali Birandı nümunə göstərərək reklama çəkilməyində qeyri-adi bir şey olmadığını söyləyib.
Xatırladaq ki, "Televiziya və radio yayımı haqqında" qanuna görə, gündəlik teleradio verilişlərində aparıcılıq edən şəxslərin reklamda iştirak eləmələri yolverilməzdir. Buna baxmayaraq tanınmış xəbər aparıcıları Samirə Mustafayeva və Mətanət Əliverdiyeva müxtəlif məhsulların reklamlarında yer alırlar.
Milli.Az