Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçiriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarının görüşləri oynanılacaq.
A qrupunda "Yuventus" evdə "Atletiko"nun qonağı olacaq. Artıq Madrid klubu "pley-off"a vəsiqəni təmin edib. "Yuventus" isə 1/8 finala çıxmaq üçün ən azı "Atletiko"dan bir xal almalıdır. Qrupun digər oyununda "Olimpiakos" "Malmö"nü qəbul edəcək.
B qrupunda "Real" "Ludoqorets"i, "Liverpul" isə "Bazel"i qəbul edəcək. "Real" artıq 1/8 finala vəsiqə qazanıbsa, "Liverpul" və "Bazel" bugünkü görüşdə məsələyə aydınlıq gətirəcəklər.
C qrupunda "Zenit" "Monako"nun, "Bayer" isə "Benfika"nın qonağı olacaq.
Maraqla gözlənilən oyunlardan biri də İstanbulda baş tutacaq. Burada "Qalatasaray" "Arsenal"ı qəbul edəcək. Qrup mərhələsində qələbəyə həsrət qalan və autsayder olan "Cim-bom" bugünkü görüşdə təsəlli qələbəsini qazanmağa çalışacaq. Qrupun digər oyununda Dortmund "Borussiya"sı "Anderlext"i qəbul edəcək.
A qrupu
23:45."Yuventus" (İtaliya) - "Atletiko" (İspaniya)
23:45."Olimpiakos" (Yunanıstan) - "Malmö" (İsveç)
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Atletiko. Madrid | 5 | 4 | 0 | 1 | 14:3 | 12 |
2. | Yuventus | 5 | 3 | 0 | 2 | 7:4 | 9 |
3. | Olimpiakos | 5 | 2 | 0 | 3 | 6:11 | 6 |
4. | Malmö | 5 | 1 | 0 | 4 | 2:11 | 3 |
B qrupu
23:45. "Liverpul" (İngiltərə) - "Bazel" (İsveçrə)
23:45. "Real Madrid" (İspaniya) - "Ludoqorets" (Bolqarıstan)
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Real Madrid | 5 | 5 | 0 | 0 | 12:2 | 15 |
2. | Bazel | 5 | 2 | 0 | 3 | 6:7 | 6 |
3. | Liverpul | 5 | 1 | 1 | 3 | 4:8 | 4 |
4. | Ludoqorets | 5 | 1 | 1 | 3 | 5:10 | 4 |
C qrupu
23:45."Monako" (Fransa) - "Zenit" (Rusiya)
23:45."Benfika" (Portuqaliya) - "Bayer" (Almaniya)
S | Komandalar | O | Q | H | M | T-f | Xal |
1. | Bayer (Leverkuzen) | 5 | 3 | 0 | 2 | 7:5 | 9 |
2. | Monako | 5 | 2 | 2 | 1 | 2:1 | 8 |
3. | Zenit | 5 | 2 | 1 | 2 | 4:4 | 7 |
4. | Benfika | 5 | 1 | 1 | 3 | 2:6 | 3 |
D qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Anderlext" (Belçika)
23:45. "Qalatasaray" (Türkiyə) - "Arsenal" (İngiltərə)
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Borussiya (Dortmund) | 5 | 4 | 0 | 1 | 13:3 | 12 |
2. | Arsenal | 5 | 3 | 1 | 1 | 11:7 | 10 |
3. | Anderlext | 5 | 1 | 2 | 2 | 5:9 | 5 |
4. | Qalatasaray | 5 | 0 | 1 | 4 | 3:15 | 1 |