Efirdə "şpaqat" açmaq doğrudurmu? - VİDEO - FOTO

8 Dekabr 2014 17:04

Tanınmış tele-aparıcı Mətanət Əliverdiyevanın canlı yayımda "şpaqat" hərəkəti tənqid atəşinə tutuldu

Tanınmış tele-aparıcı Mətanət Əliverdiyevanın canlı yayımda "şpaqat" açma hərəkəti hər kəsi şoka salıb. ATV kanalının "Gündəlik" verilişində aparıcı rəqs sonrası "şpaqat" açıb.

Bunun nəticəsində, onsuz da, böyük yarığı olan paltarında bir az da "yarıq" açılıb. Aparıcının qeyri-ciddi hərəkəti zalda olan tamaşaçılar tərəfindən alqışlansa da, mətbuatda və sosial şəbəkələrdə tənqidlə qarşılanıb.

Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli olay barədə musavat.com-a öz şərhini bildirib: "Şou tipli verilişlərdə aparıcıların ssenari arası xüsusi istedad göstərməsini normal hesab etmək olar. Ancaq Mətanətin bu hərəkəti çox qəribə oldu. Çünki bu xanım xəbər oxuyur və qeyd edim ki çox gözəl xəbər səsi var. Verilişlərində də çalışır ki, mənəvi sosial problemlərə toxunsun. Ancaq bu cür aparıcının bu tip verilişdə "fokus" göstərməsini düzgün hesab etmirəm. Harada görünüb ki, xəbər aparıcısı verilişdə "şpaqat" açsın. Əgər qonşu ölkələrdən Rusiya və yaxud Türkiyə televiziyalarına diqqət yetirsək, şahidi olarıq ki, xəbər aparıcıları belə hərəkətlərə qətiyyən yol vermir".

Mətanət Əliverdiyeva

Bu gün efirlərdə "şpaqat" açan, açıq-saçıq geyimlərlə tamaşaçıların görüşünə gələn, bəzən biədəb hərəkətlərə, hətta söyüş tipli bayağı sözlərə müraciət edən aparıcıları görürük. Ziyalı vətəndaşlar arasında keçirdiyimiz kiçik sorğudan məlum olur ki, onlar ölkəmizin kanallarındansa, xarici TV kanal və verilişlərinə üstünlük verirlər. Səbəb kimi isə verilişlərin və aparıcıların fəaliyyətinin keyfiyyətsiz olduğu irəli sürülür.

Q.Məhərrəmli bildirdi ki, hər şey verilişi tərtib edən rəhbərlikdən asılıdır: "Hamıya məlumdur ki, verilişlərin hazırlanması, aparıcının hərəkətlərinin tənzimlənməsi həmin verilişin rejissor və prodüserindən asılıdır. Yəni bu gün verilişlərə hansısa qadağa və yaxud senzura qoyulmasına ehtiyac yoxdur, əlbəttə ki, əgər verilişi tərtib edənlər öz işlərini yaxşı qura bilsələr".

Adıçəkilən aparıcının həmkar dostları ilə əlaqə saxladıq. Lakin onlar dostluq əlaqələrinə zərər gəlməsin deyə danışmaq istəmədilər.

Aparıcı ilə uzun illər birlikdə işləyən həmkarının dediklərindən: "Onun bu hərəkətinə qarşı heç nə deyə bilmərəm. Biz dostuq. Əgər bunu başqası etsəydi, təbii öz tənqidimi bildirərdim. Etdiyi hərəkətin düzgün olmadığını Mətanət xanımın özü də bilir".

Könül Sıxəliyeva

Qeyd edək ki, tamaşaçıların gözü qarşında "şpaqat" açan xanım təkcə aparıcı Mətanət Əliverdiyeva deyil. Gənc müğənni Könül Sıxəliyeva da teleqraf.com-un əməkdaşlarına müsahibə verdikdən sonra "şpaqat" açmışdı. Onun da bu hərəkəti tənqidlə qarşılanmışdı.

Müğənni isə onu tənqid edənləri "gözü götürməyən" adlandırmışdı: "Şəkillərim çıxan kimi çox adam məni tənqid atəşinə tutdu. Bir çox məşhurlar soyunur, pozadan pozaya girirlər kimsə heç nə demir, mənim adi şəkillərimi isə tənqid edirlər. Məni çoxlarının gözü götürmür. Çünki mən təbii gözələm".


Milli.Az

 
Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəkilə klikləyin.

фото