Elnur Hüseynov Türkiyəni yenidən heyrətləndirdi - VİDEO

7 Dekabr 2014 12:10

Türkiyənin "TV8" telekanalında "3 Adam" verilişində "O səs Türkiyə"dəki ifasıyla yenidən gündəmə gələn müğənni Elnur Hüseynov qonaq olub

Axşam.az-ın məlumatına görə, Elnurun ilk ifası verilişdə də qonaq olan müğənni Sərtab Erenerin "Aşk" mahnısı olub.

Elnurun ifasını çox bəyəndiyini deyən Sərtab onunla duet oxuyub.

"Eurovision"dakı ilk təmsilçimiz zalı alqışlarla tərk edib.

Qeyd edək ki, "3 Adam" verilişin aparıcıları komediya aktyorları Eser Yenənlər, İbrahim Büyükak və müğənni Oğuzhan Koçdur.

Milli.Az