"5-də 5" verilişində qonaq qismində iştirak edən Namiq Qaraçuxurluya sürpriz edilib
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Namiqin oxşarı olan Elman canlı efirə çıxıb. Oxşarını görən meyxanaçı təəccübünü gizlədə bilməyib.
"Oxşarlıq var. Heç vaxt tanışlığımız olmayıb. Amma haqqında eşitmişdim. Oxşarımın olması məni heç əsəbləşdirməz. Əgər onun davranışlarında, hərəkətlərində mənfi hal görsəm, onda əsəbləşərəm. Məsələn, başqa yolun yolçusu olsa, özünü görəndə deyərəm ki, xarakterini düzəlt. İnsanlar bilirlər ki, mən hansı mədəniyyətin sahibiyəm. Çox istiyərəm ki, oxşarım da elə olsun"
Haqqında danışılan Elman da fikrini bildirməkdən çəkinməyib. O, oxşarlığa görə iradlara tuş gəldiyini deyib.
"Sosial şəbəkədə mənə irad tuturlar ki, niyə özünü Namiqə oxşadırsan. Mənim 10 il əvvəlki görüntülərimə baxsanız, görərsiz ki, heç bir dəyişiklik yoxdur. Namiq qardaş gözəl sənətkardır. Ona bənzəmək mənim üçün fəxrdir".
Qeyd edək ki, verilişdə ən diqqət çəkən məqam isə oxşarların meyxana deyişməsi olub. Milli.Az