Custoranın tədqiqatına əsasən, ABŞ-da qara cümə günündən kiber bazar ertəsinədək Apple qurğularının istifadəçiləri bütün mobil alış-verişin 78%-ni, Android istifadəçiləri isə yalnız 22%-ni ediblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, i qurğu istifadəçiləri mobil alış-veriş üzrə lider olsalar da, amma Android getdikcə populyarlaşır: ötən il bu platforma istifadəçilərinin mobil alış-veriş üzrə göstəriciləri müvafiq olaraq 84% və 15% olub.
Belə fərq, ilk növbədə, Appleın auditoriyasının daha zəngin olması ilə izah edilir. Apple pulu olan insanlara bahalı qurğular satır.
Bu il kiber bazar ertəsində mobil şopinq bütün onlayn şopinqin 22%-ni təşkil edib. Ötən il bu göstərici 16% olub.
Milli.Az