Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model Adam -dan da ucuz olacaq. Onun başlanğıc qiymətinin 9500 avro ətrafında olacağı gözlənilir. Hərəkətin sağtərəfli olduğu ölkələrdə avtomobil Vauxhall Viva adlandırılacaq.
Kuzovun uzunluğu cəmi 3680 mm olduğundan salonun böyük olacağını gözləmək əbəsdir. Müştərilər 10 müxtəlif rəngdən və ölçüsü 14-16 düym arası yüngül lehimli disklərdən birini seçməlidirlər. Salonun özəlliklərindən qabaq kürsülərin və sükanın qızdırılmasını, lyuk, kruiz-kontrol, parketmə zamanı yardım sistemini, həmçinin Intellink məlumat-əyləncə sistemini qeyd etmək olar.
Kapotun altında 1,0 litrlik atmosfer benzin mühərriki 75 a.g. hasil edir.
Opel Karl i Vauxhall Viva satışa 2015-ci ilin ortasında çıxarılacaq.
Milli.Az