Bu da yeni Mercedes - FOTO

6 Dekabr 2014 20:34
BMW X6 ilə rəqabət aparacaq yeni Mercedes-Benz modeli - GLE Coupe krossoverinin şəkilləri Autoevolution dərgisinin əlinə keçib. Avtomobil, demək olar ki, örtüksüz və həm də ümumi istifadə yollarında çəkilib. Yeni modelin gələn ilin yanvarında Detroyt motorşousunda məxfilikdən çıxarılacağı gözlənilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, iri hava çəpərlərinə, xaricetmə sistemi borularına, yük yeri qapısı üzərində spoylerə və qırmızı tutqaclı əyləc mexanizminə əsasən demək olar ki, Mercedes şirkəti AMG emalatxanasında əl gəzdirilmiş "qaynar" modifikasiyanı sınaqdan çıxardır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.