Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu ilin mayında həmin avtomobil 2 800 000 avro qiymətlə satışa çıxarılmışdı və onun indiki sahibi maşını sərgidə nümayiş etdirməklə bütün dünyaya ən ekzotik konsept-karlardan birinin mövcud olduğunu xatırlatmaq qərarına gəlib.
Sportkarın dizaynı müəyyən dərəcədə yarış bolidlərindən götürülüb, amma maşına dəbdəbə və zəriflik elementləri qatmağa çalışıblar. Nəticədə qeyri-adi mütənasibliyi olan maşın ortaya çıxıb və onu bəziləri məsələnin orijinal həlli hesab edir. Əsas işığın üçbucaq faraları, ikiqat radiator barmaqlığı, iri təkərlər və s. Salonda da bundan az qəribə olmayan cihaz paneli və kvadrat sükan diqqəti çəkir.
Jaguar Black 7,0 litrlik V10 mühərriklə təchiz edilib. 640 a.g. olan bu mühərrik avtomobilin 0-100 km/saat sürətlənməsini 3,8 saniyəyə həyata keçirməsinə və maksimum 338 km/saat sürətlə hərəkət etməsinə imkan verir.
Milli.Az