Yarış bolidinin "adi" versiyası - FOTO
7 Dekabr 2014 20:56
Essendə rally yarış bolidinin mülki versiyası, unikal Sbarro Espera Ibride Sparta Hybrid-Rallye-Auto konsepti nümayiş etdirilib. Güclü hibrid güc qurğusu, tam ötürmə və heyrətamiz dərəcədə aqressiv dizayn bu heçbeki avtosalonda nümayiş etdirilən bütün digər eksponatlardan fərqləndirir. Avtomobilin istehsalçısı İsveçrənin Sbarro şirkətidir və onun təmsilçilərinin dediyinə görə maşının işlənib hazırlanmasında texniki universitetin tələbələri yaxından iştirak ediblər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, 1397 kiloqramlıq avtomobili hərəkətə etdirən 407-güclü güc qurğusu çox yaxşı dinamik göstəricilərə malikdir.
Espera Ibride Sparta hibrid sportkarı mükəmməl aerodinamik kuzov asmasına və idman şinləri geyindirilmiş yüngül OZ Racing disklərinə sahibdir. Salonda rally üslubu ilə adi maşınların praktikliyini biləşdirməyə çalışıblar və şaquli dayanacaq əyləci ilə stəkanaltılar buna sübutdur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.