Qələbə üçün xüsusi seriya - FOTO

6 Dekabr 2014 21:46
Mercedes-Benz şirkəti "qaynar" SL63 AMG rodsterin markanın zavod komandasının Formula-1 yarışlarında qələbəsinə həsr etdiyi xüsusi modifikasiyasını təqdim edib. Modifikasiyanın işlənib hazırlanmasında Mercedes AMG pilotları - 2014-cü il mövsümündə çempion olmuş Luis Hamilton və ikinci yerin sahibi Niko Rosberq kömək ediblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Hamilton rodsterin kuzov və interyeri üçün qara-qızılı, Niko Rosberq isə eksteryer üçün gümüşü, salon üçün ağ-qara dəri tərtibat təklif ediblər.

Bu ilin Formula-1 çempionunun maşınının açarında, mərkəzi konsolda və ayaqaltılarda "Silverstoun" trasının, Rosberqin maşınında isə "Xokkenhaymrinq" avtodromunun sxemi təsvir edilib.

İki xüsusi versiyanın hər birindən 19 avtomobil buraxılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.