Milli.Az auto.az-a istinadən bildirir ki, aerodinamik asma və dəbli təkərlərlə yanaşı, tamamlanma dəstinə daxili bəzək və güc qurğusunun təkmilləşdirilməsi daxildir. Hazırda tüner təkmilləşdirmənin 2-ci mərhələsindədir.
Parlaq qırmızı "Verde Mantis" rəngli superkarı daha aqressiv etmək üçün almanlar aşağı splitteri, standart qabaq bamper üçün ətraf əlavələri, yan ətəkləri, arxa bamperdə böyük diffuzoru və 3 səviyyəli böyük palçıq qoruyucusu olan yeni bodi-kit hazırlayıblar.
Bütün komponentlər karbon lifindən hazırlanıb. Salonun bəzədilməsində italyan dərisindən, alkantaradan, karbondan və s. istifadə edilib.
5,2-litrlik V10 mühərrikinin bir qədər optimallaşdırılması və yeni qaz buraxma sisteminin quraşdırılması sayəsində mühərrikin gücünü 20 a.g. artırmaq mümkün olub. O indi 630 a.g. verir.
Milli.Az