"Terminator" qayıdır! - VİDEO - FOTO

5 Dekabr 2014 10:08
ABŞ-ın "Paramount Pictures" kinostudiyası "Terminator Genisys" filminin treylerini yayıb.

Bu filmdə Arnold Şvarsnegger onu dünyaca məşhurlaşdıran qatil robot roluna qayıdıb.
 

Milli.Az bildirir ki, lentdə "Sara Konnor" rolunda Emiliya Klark çəkilib. 67 yaşlı Şvarsnegger isə helikopterdən atılmazdan əvvəl məşhur "I'll be back" sözlərini deyir.
 

Filmin süjeti franşizanın davamı və yeni zamanda tam fərqli məcrasıdır.
 

Lentdə Terminator keçmişə, Sara Konnorun uşaqlığına göndərilir. O, 9 yaşlı qızı peşəkar qatil kimi böyüdür.
 

Rejissoru Alan Teylor olan filmin premyerası gələn ilin iyul ayı üçün nəzərdə tutulub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото