Can ay, "Qız atası" - VİDEO
4 Dekabr 2014 16:11
Azərbaycanda serial bazarının inkişaf etdiyi bir vaxtda ATV telekanalında daha bir film peyda oldu. Artıq ikinci bölümü olmasına baxmayaraq, populyarlaşan, xeyli sayda tamaşaçı toplayan "Qız atası" serialı olduqca iddialıdır. Serialın yaradıcı heyəti də olduqca peşəkar və təcrübəlidir. Sözügedən filmdə tanınmış simalar - müğənnilər, aparıcılar, aktyorlar yer alıblar. Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, rejissoru isə Ramin Hacıyevdir.
Hər kəsi hər şənbə günü ATV-nin efirində saat 20:00-da nümayiş olunacaq "Qız atası" serialına baxmağa dəvət edirik.
Qeyd edək ki, "Qız atası" serialının informasiya dəstəyi Milli.Az-a məxsusdur.
Niyaməddin Şirinov
Milli.Az