Bakının ən çox tıxac olan yolları - SİYAHI
4 Dekabr 2014 09:41
Bakıda hər gün müşahidə olunan tıxacların səbəbləri, sözsüz ki, hədsiz sayda avtomobilin olmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkədə qeydiyyatdan keçmiş avtomobillərin sayı 1 232 678 olub. 2003-cü ildə isə bu rəqəm 511 460 idi. 10 il ərzində ölkədəki avtomobillərin sayı artıb. Paytaxtda hər il avtomobillərin sayı orta hesabla 50-60 min ədəd artır.
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, avtomobil çoxluğu ilə əlaqədar paytaxt Bakının bəzi küçələrində daim tıxac və sıxlıq müşahidə olunur. Həmin küçələr də aşağıdakılardır:
1. Tbilisi prospekti,
2. Bakı-Sumqayıt yolu (şəhər istiqamətində),
3. Həsən Əliyev küçəsi,
4. Ü. Hacıbəyov küçəsi,
5. Niyazi küçəsi,
6. Şeyx Şamil küçəsi.
Milli.Az