Dünyanın ən gözlənilən moda şousu keçirildi - FOTO

3 Dekabr 2014 10:04

Britaniyanın paytaxtı Londonda ilin ən çox gözlənilən moda şousu -"Victoria's Secret Fashion Show" keçirilib.
 

"London's Earl's Court"da bir neçə saat ərzində podiumda dünyanın ən məşhur supermodelləri brendin yeni kolleksiyalarını nümayiş etdiriblər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, şounun ulduzları Adriana Lima, Alessandra Ambrosio, Dautsen Kres, Kendis Sueynpul, habelə rusiyalı debütantlar İrina ŞaripovaKatya Qriqoryeva idilər.
 

Brendin "mələk"lərinin çiyinlərində böyük qanadlar da vardı.
 

Kolleksiyalar "Qızılı mələklər", "Ekzotik səyyahlar", "Arzuların qadınları", "Nağıl", "Çəhrayı rəngli universitet" və "Mələklərin balı" adlanırdı.

Ənənəyə uyğun olaraq, şounun sonunda "Victoria's Secret"in məşhur, daş-qaşla bəzədilmiş "Fantasy Bra"sı göstərilib. 4 milyon dollarlıq branı braziliyalı modellər Alessandra Ambrosio və Adriana Lima nümayiş etdiriblər.
 

"Dream Angels Fantasy Bra"sı "Mouawad" brendi hazırlayıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.