İngiltərənin Uilşir qraflığındakı Lakok şəhərində sevgilisi Alfi Deyeslə birlikdə yaşayan videobloqer Zoya Saqq yeni dünya rekordu vurub.
O, yazıçıları və naşirləri, habelə iş adamlarını heyrətləndirib.
Milli.Az bildirir ki, YouTube-dakı "Zoella" kanalı ilə məşhur olan 24 yaşlı videobloqerin "Girl Online" adlı ilk kitabı fenomenal sürətlə satılıb.
Zoyanın YouTube-da gözəllik, parfümeriya, vizaj və makiyajdan bəhs edən kanalının 6,83 milyon nəfər, Twitter-dəki profilinin isə 2,59 milyon daimi təqibçisi var.
"Girl Online" kitabı satışa çıxarılandan sonrakı ilk həftədə 80 min nüsxə satılıb.
Beləcə, 24 yaşlı videobloqer kitab bazarında məşhur yazıçılar Coan Roulinq və Den Braunun göstəricilərini üstələyərək onları arxada qoyub.
"Nielsen BookScan"ın məlumatına görə, "Penguin Random House" çap evinin baş direktoru Tom Ueldon deyib: "Zoyanın kitabını mənə 13 yaşlı qohumum məsləhət bildi. Həmin qız dedi ki, bu kitab bestseller ola bilər. Mən də oxudum, bəyəndim və çap etmək qərarına gəldik. İndisə bu kitab satış rekordları vurur".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.